Tez-tez verilən suallar
NEXORA Technologies və xidmətlərimiz haqqında ən çox soruşulan suallar.
Hansı xidmətləri təqdim edirsiniz?
Süni intellekt həlləri, kibertəhlükəsizlik (audit və müdafiə tövsiyələri), veb və mobil tətbiqlərin hazırlanması, həmçinin rəqəmsal transformasiya üzrə konsaltinq.
Sizinlə necə əlaqə saxlaya bilərəm?
Zəng edə, WhatsApp-dan və ya Instagram-dan yaza bilərsiniz. Nömrələr səhifənin aşağı hissəsində və Əlaqə bölməsindədir.
Layihənin qiyməti necə müəyyən olunur?
Hər layihə fərdi qiymətləndirilir. Əvvəlcə ehtiyaclarınızı analiz edirik, sonra konkret təklif hazırlayırıq.
Saytda təqdim olunan AI və təhlükəsizlik alətləri artıq işləyir?
Xeyr, hələ yox. NEXORA AI, təhlükəsizlik yoxlayıcıları və NEXORA Academy hazırlanır. Hazır olduqda bu saytda elan olunacaq.
İstənilən sayta təhlükəsizlik testi edirsinizmi?
Xeyr. Təhlükəsizlik testlərini yalnız sistemin sahibinin yazılı icazəsi ilə və qanun çərçivəsində aparırıq.
Bu sayt mənim haqqımda məlumat toplayır?
Xeyr. Saytda qeydiyyat, form, cookie və ya izləmə alətləri yoxdur. Ətraflı məlumat Məxfilik siyasətindədir.